Tənqidçilərin nakam sevgisi

Səhər ƏhmədYazmağa tənbəllik elədiyim mövzuların beynimdə arı kimi vızıldadığı bir vaxtda bu yazının növbədənkənar irəli soxulması özümə də təəccüblü gəlir.

Müasir Azərbaycan ədəbi tənqidindən bəhs edəcəyəm, mövzu ürəyinizcə deyilsə, bəri başdan qayıdıb gedə bilərsiz.

Məndən ədəbi tənqidimizə layiq baxımlı, ütülü, kostyum-qalstuklu, ətli-canlı cümlələr gözləməyin. Ədəbi terminlərlə bəzənmiş, parıltılı, gurultulu, ali savadlı, filoloji- kultroloji üslub ummayın. Bu şərtlər altında bəndənizin pərakəndə fikirlərindən ibarət kasıb bir yazı oxumaq istəyirsizsə, getdik.

Deməli, birinci və ən əsas fikrim odu ki, bizim tənqidçilərlə yazarların bir- birini görməyə gözü yoxdu. Düşünməyin ki, bu həmişə və hər yerdə belədi. Söhbət sağlam rəqabətdən, peşəkar qarşıdurmadan getmir. Bizimkilər bir-birlərini, sadəcə olaraq, sevmirlər. Bu qarşılıqlı sevgisizliyin sirli bir səbəbi yoxdur, eləcə vəziyyət “azərbaycanca”dır.


Ardı →

Şafak`ın "İskəndər"i

Bu yaxınlarda məşhur türk qadın yazarı Elif Şafakın romanlarından biri olan “İskəndər”i oxuyub bitirdim.Bu yeni roman oxucuya Fərat çayı yaxınlarında yerləşən Mala Çar Bayan adlı kürd kəndində yaşayan, sonradan Londona köçən kürd-türk əsilli bir ailənin faciəsi şəklində təqdim olunur.Əsər bu kənddə yaşayan onbir nəfərdən ibarət ailənin sonuncu iki nümayəndəsindən biri olan Pəmbə Kaderin (digəri Cəmilə Yeter) kədərli həyat hekayəsinin qızı Əsma tərəfindən onun həqiqi ölümündən sonra yazdığı əlyazmalardan ibarətdir.Təsadüfən Pəmbənin həqiqi ölümü ifadəsini işlətmədim,belə ki, bir dəfə Pəmbənin oğlu İskəndər tərəfindən öldürüldüyü zənn edilmiş və İskəndərə buna görə 13 il həbs cəzası da verlmişdi.Amma əslində İskəndər səhvən anasının yerinə onun Londona qonaq gələn əkiz bacısı Cəmiləni öldürmüş,Pəmbəyə çox yaxın bəzi insanlardan başqa heç kim bunun fərqinə varmamışdır.
Davamı →

Çingiz Abdullayev - bizim əbədi Dronqo

Detektiv janrının yaranması 19-cu əsrin sonunda yaşamış Amerika yazıçısı Edqar Alan Ponun adıyla bağlı olsa da, ümumiyyətlə dünya ədəbiyyatında detektiv, daha doğrusu, kriminal sücetlərdən bundan əvvəl də kifayət qədər istifadə olunmuşdu (hətta bəzi tənqidçilər Dostoyevskinin məşhur «cinayət və cəza» romanını da klassik detektiv hesab edirlər). Lakin orta əsrlərdə istər Avropa, istərsə də Şərq ədəbiyyatında işlənən kriminal sücetlər daha çox macəraçılıq xarakteri daşıdığından, detektiv bir janr kimi tam formalaşa bilməmişdi. Məhz Edqar Alan Podan sonra Avropa ədəbiyyatında detektiv janrının konkret çərçi-vələri, formaları, qayda-qanunları formalaşmağa başlamış, sonrakı iyirmi il ərzində klassik detektiv janrı öz zirvəsinə çatmışdı. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçılar öz əsərlərində klassik detektivin bütün qaydalarını dəqiqliklə işləmiş, təcrübədən keçirmiş, yanrın müxtəlif növlərini yaratmışdılar. Yalnız bundan sonra dünya ədəbiyyatında detektiv ədəbiyyat bir janr kimi qəbul olunmuşdu.


Ardı →